Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
DÖYÜŞ SINAĞI LƏYAQƏT VƏ MƏTİNLİK İMTAHANIDIR

0

  • Şəhidlərimiz və qazilərimiz haqqında bugünədək
    çoxsaylı məqalə yazmışam. Hər dəfə bu mövzunu işıqlandıranda düşünürəm ki,
    torpaqlarımızı düşmən tapdağından azad edən bu fədai oğullar Azərbaycanın qalib
    ölkə adlanmaq haqqını öz canları və qanları bahasına gerçəyə çevirdilər. Onlar
    Vətən sevgisi, hərbçi ləyaqəti və mətinliyinin necə bir yenilməz güc mənbəyi
    olduğunu döyüş sınağında isbat etdilər. O xalq ki, övladları şəhidlik və
    qazilik məqamını müqəddəs bilərək uca tutur, onun qarşısında heç bir düşmən,
    istənilən şər qüvvə dayana bilməz.

    2020-ci
    ilin sentyabr ayının 27-dən noyabr ayının 9-dək davam edən Vətən müharibəsində
    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sıralarından yüzlərlə döyüşçü ön cəbhədən
    qazi kimi qayıdıb. Belə döyüşçülərdən biri baş çavuş İlyasov Elmar Şıxlarbəy
    oğludur. Elmarın yaşadığı mənzilə baş çəkdim, özü və ailə üzvləri ilə görüşdüm.

    O,
    15 iyul 1993-cü ildə Bakı şəhərində anadan olub. Onun böyüyərək boya-başa
    çatdığı ailə hərbçilər ailəsidir. Atası Şıxlarbəy İlyasov Sovet ordusu və Azərbaycan
    ordusu sıralarında “gizir” hərbi rütbəsində xidmət edərək ehtiyata buraxılıb.
    Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Həmin müharibədə Elmarın dayısı
    İmran Kəlbiyev erməni işğalçılarına qarşı pulemyotçu olaraq cəsarətlə vuruşub.
    Elmardan yaşca kiçik olan qardaşı Ramazan İlyasov 2016-cı ilin aprel döyüşlərində
    iştirak edib, hazırda Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin müddətdən
    artıq həqiqi hərbi xidmət  hərbi
    qulluqçusudur.

    Onu
    da qeyd edim ki, Elmarın babası Şeydabəy İlyasov II Dünya müharibəsi dövründə hərbi
    zavodda işləyərək ön cəbhənin sursatla təmin olunmasına öz fədakar əməyi ilə
    töhfələr verib. Qazinin babasının qardaşı isə II Dünya müharibəsində hərbi təyyarəçi
    kimi faşistlərə qarşı vuruşaraq həlak olub.

    Ailənin
    ikinci övladı olan Elmar paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki
    271 saylı tam orta məktəbdə 4-cü sinfədək oxuyub. Olimpiya İdman Liseyində orta
    təhsilini davam etdirib.

    Kiçik
    yaşlarından cüdo idman növü ilə məşğul olmağa başlayıb. Valideynləri onun
    idmana maraq göstərməsini həmişə dəstəkləyiblər. Məktəblər arasında
    spartakiadalarda, eləcə də lisey birinciliyində o, uğurlu nəticələri ilə fərqlənib.
    Ümumilikdə, müxtəlif növ yarışlarda qalib yerləri tutaraq müvafiq dərəcəli
    diplom və medallarla təftif edilib. İdmanla davamlı şəkildə məşğul olması onun
    xaraktercə mübariz gənc kimi formalaşmasında ciddi rol oynayıb. Məktəbli olarkən
    idmanla yanaşı, hərbi hazırlıq, ədəbiyyat və tarix fənləri üzrə dərslərdə daha
    fəal olub. Orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
    İdman Akademiyasına qəbul olunmağa səy göstərsə də, bu baş tutmayıb.

    2011-ci
    ilin oktyabr ayında Elmar müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili
    Qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində
    ilkin təlim dövrünü keçərək hərbi and içib. Sonra qoşunların Zaqatala
    rayonundakı “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə
    qrupunda snayper vəzifəsində xidmət edib. Əsgər olaraq hərbi xidmət borcunu
    vicdanla yerinə yetirərək müddətdən artıq həqiqi hərbi xidmətdə qalmağa qərar
    verib. Beləliklə, atasının yolunu davam etdirməyi, həyatını hərbi xidmətə
    bağlamağı özü üçün başlıca məqsəd kimi qətiləşdirib.

    2013-cü
    ilin aprel ayının 16-dan etibarən Elmar qoşunların qeyd edilən hərbi hissəsində
    müddətdən artıq həqiqi hərbi xidmətə keçirilib. Bu hərbi hissədə xüsusi təyinatlı
    dəstənin xüsusi həmlə qrupunun yarımqrupunda qumbaraatan köməkçisi, xüsusi həmlə
    qrupunda atıcı-radiotelefonçu vəzifələrində xidmət edib. 2015-ci ilin oktyabr
    ayının 7-də isə Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı
    dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsinə irəli çəkilib.
    Xidmət etdiyi vəzifələrdə komandanlığın etimadını doğruldub, nümunəvi hərbi
    qulluqçu kimi dəfələrlə mükafatlandırılıb.

    Təlimlərdə
    həmişə çalışqanlıq göstərərək öz döyüş hazırlığının yüksəldilməsini, bilik və
    bacarıqlarının təkmilləşdirilməsini qarşısına məqsəd qoyub. Özünün dediyinə görə,
    xüsusi təyinatlı məsləyinə sadiq qalaraq, daim döyüş tapşırıqlarının yerinə
    yetirilməsinə mənəvi-psixoloji cəhətdən hazır olmağı vacib bilib. Yarımqrup
    komandiri kimi də tabeliyindəki hərbi qulluqçulara xüsusi təyinatlıya xas
    keyfiyyətlərin aşılanmasını diqqətdə saxlayıb.

    Elmar
    xüsusi təyinatlı üçün şərəfli olan zoğalı beret daşıma hüququnu da qazanıb.
    Bunun naminə göstərdiyi məharət və çəkdiyi zəhmət təqdirəlayiqdir.

    2017-ci
    ilin fevral-may aylarında Elmar Türkiyə Respublikasına ezam edilərək Jandarm
    Baş Komandanlığının Foça Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi
    Komandanlığında komando təməl kursunu müvəffəqiyyətlə bitirib. Həmçinin, Foça
    Dalğıc Mərkəzində Türkiyə Sualtı İdman Federasiyasının təşkil etdiyi təlim
    proqramı üzrə aidiyyəti kurs keçib.

    Hərbi
    xidmət dövründə Elmar ictimai təhlükəsizliyin təmin olunması, silahlı cinayətkarların
    axtarılması, narkotiklərlə mübarizə yönündə xüsusi əməliyyatlarda iştirak edib.
    Xüsusi əməliyyatlar zamanı bir neçə dəfə təhlükəli vəziyyətlə üzləşib, özünü
    itirmədən qarşıya qoyulan tapşırıqları qətiyyətlə yerinə yetirib.

    44
    günlük Vətən müharibəsi silahdaşları ilə birgə Elmarın da hərbçi həyatının ən çətin
    və şərəfli sınağı oldu. Həmin vaxt xidmət etdiyi “N” saylı hərbi hissənin
    xüsusi təyinatlı dəstəsinin şəxsi heyətinin tərkibində ön cəbhəyə göndərilib.
    Öncə qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsində yerləşdiriliblər.
    Burada xüsusi təyinatlıların tapşırıqları dəqiqləşdirilib, ayrı-ayrı qruplar
    yaradılıb. Ötən ilin oktyabr ayının əvvəlində “N” saylı hərbi hissədən Füzuli
    rayonu ərazisinə gəliblər, Qaraxanbəyli kəndi yaxınlığındakı mövqelərin müdafiəsində
    dayanıblar. Elmarın komandir təyin olunduğu qrupun ilk tapşırıqları müdafiə
    mövqelərinin möhkəmləndirilməsi, düşmənin bu istiqamətdə mümkün hücumunun
    qarşısının alınması olub. Bir neçə gün sonra Cəbrayıl rayonu ərazisinin dərinliyinə
    doğru hərəkət ediblər. İşğaldan azad edilən Cəbrayıl rayon mərkəzi və ətraf ərazilərin
    müdafiəsi, işğalçıların diversiya-kəşfiyyat qruplarının bu zonaya daxil
    olmasının qarşısının alınması, nəzarətə götürülən hərbi nöqteyi-nəzərdən vacib
    obyektlərin mühafizəsi tapşırıqlarını yerinə yetiriblər. Sonra yenidən Füzuli
    rayonu istiqamətində hərəkət ediblər və nəhayət, Xocavənd rayonunun Hadrut qəsəbəsində
    xüsusi təyinatlılardan ibarət qruplar cəmləşdiriliblər. Qrupların yenidən
    komplektləşdirilməsi və tərkibinin dəyişdirilməsi həyata keçirilib. Onun
    komandiri olduğu qrup mayor Elman İslamovun tabeliyinə verilib. Lazımi hazırlıq
    görüldükdən sonra xüsusi təyinatlılardan ibarət qruplar Şuşa istiqamətində hərəkətə
    başlayıblar. Xocavənd rayonunun mürəkkəb relyefə malik ərazisi ilə, qrunt
    yollarla hərbi avtomobil karvanı yola düşüb. Müəyyən edilmiş əraziyədək
    karvanın hərəkəti zamanı bir neçə dəfə düşmən artilleriyasının atəşinə məruz
    qalıblar. Həmin anlarda döyüşçülər avtomobillərdən düşərək mövqeləniblər. Ancaq
    karvanın hərəkəti zamanı canlı qüvvə sarıdan itkilərimiz olub. Elmarın
    yaxınlığında olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzir
    Osmanov ağır yaralanaraq şəhid olub.

    Beləliklə,
    2020-ci il noyabrın 1-də Elmar ondan bir neçə metr məsafədə partlayan minaatan
    mərmisinin qəlpələrindən sol qolundan yaralanıb. Döyüşçü yoldaşları, müddətdən
    artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Orxan Əhmədov və əsgər
    Qüdrət Kəlbiyev ona ilk yardım göstəriblər. Hərbi qospitala təxliyyə edilib.
    Aldığı yaralardan və sol qolunun bir neçə saat jqutla bağlanmış vəziyyətdə
    qalmasından bu nahiyənin amputasiya təhlükəsi olub. Xoşbəxtlikdən həkimlər
    bunun qarşısını alıblar. O, bir neçə rayonun xəstəxanası, Daxili Qoşunların Hərbi
    Qospitalı və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında
    müalicə olunub.

    Qazi
    yaralanmadan sonra sol qolunun bərpa olunmasında Azərbaycan Tibb
    Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrahı Nicat Səttarovun əməyini
    xüsusi vurğuladı. Onun müalicəsində zəhməti olan Daxili Qoşunların Hərbi
    Qospitalının cərrahiyyə şöbəsində həkim-cərrah Sevda Mustafayevaya, “Vivasan”
    klinikasının həkimləri Gülüstan Gözəlova və Kəmalə Əliyevaya minnətdarlığını
    bildirdi. Hazırda onun sol qolunda yaralanmanın fəsadları qalmaqdadır, bu səbəbdən
    hərbi xidmətə yararlı deyil. Artıq hərbi xidmətdən tərxis olunub.

    “N”
    saylı hərbi hissədə xüsusi təyinatlı dəstə komandirinin müavini-qərargah rəisi,
    Vətən müharibəsi iştirakçısı mayor Elman İslamov baş çavuş E.İlyasovu hərbi
    xidmət dövründə və müharibə zamanı peşəkar xüsusi təyinatlı, cəsur döyüşçü kimi
    xarakterizə etdi.

    Azərbaycan
    Respublikası Prezidentinin imzaladığı 29.12.2020-ci il tarixli müvafiq sərəncamlarla
    baş çavuş E.İlyasov “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad
    olunmasına görə” medalları ilə təltif edilib.

    2019-cu
    ilin oktyabr ayının 3-də Elmar ailə qurub. Müharibədən ailəsinə sağ qayıtması
    doğmaları üçün böyük xoşbəxtlikdir. Anası Kəmalə İlyasova Elmarla qürur
    duyduğunu söylədi, bütün qazilərin hörmət və ehtirama layiq olduqlarını dedi.

    Qazilik
    fədakarlıq və el-obanın gözündə mənəvi ucalıq deməkdir. Məqalədə haqqında söhbət
    açdığım döyüşçünün timsalında da bu həqiqət bir daha öz təsdiqini tapır.

                                                                                                      alçın Abbasov,

    DİN-in
    Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist

     

     

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib60 dəfə
    DÖYÜŞ SINAĞI LƏYAQƏT MƏTİNLİK İMTAHANIDIR

    Maraqlı gələ bilər
    61
    56
    53
    72
    66
    50